Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Azərbaycan Respublikası – yüzilliklər ilində” adlı elmi-praktik konfrans keçirilmişdir

26 dekabr 2018 | 16:00

    26 dekabr 2018-ci il tarixdə Mərdəkan qəsəbəsi 183 saylı tam orta məktəbdə “Azərbaycan Respublikası – yüzilliklər ilində” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözüylə açan məktəbin direktoru Rəhilə     Abbasova tədbirin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Cumhuriyyət ili” elan edilməsi münasibətilə təşkil olunub keçirildiyini bildirmişdir. Sonra isə çıxış üçün soz Xəzər RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanova verildi. Bir-birinin ardınca söz alan qonaqlar- BŞTİ-nin inspektoru Əfqan İskəndərov, YAP-nın Xəzər rayon təşkilatının Aparat rəhbəri İlham       Məmmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin Sədri Təvəkkül Səlimov və digər təşkilat nümayəndələri məktəb kollektivinə hazırlanmış tədbir üçün təşəkkürlərini bildirdilər və gənc nəslin hərtərəfli yetişdirilməsi yolunda kollektiv üzvlərinə və məktəb rəhbərliyinə öz işlərində yeni uğurlar arzuladılar. Tədbir məktəb şagirdlərinin  hazırladığı bədii hissə ilə davam etdirildi.

 

Keçidlər