Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Rayon üzrə mülki müdafiənin təşkilinin vəziyyəti” mövzusunda tədbir keçirilmişdir .

15 yanvar 2019 | 16:00

    15 yanvar 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində “Xəzər rayonunda mülki müdafiənin vəziyyəti    və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirmişdir.
       FHN-nin Bakı Regional Mərkəzi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə keçirtdiyi tədbirdə FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov, Bakı Regional Mərkəzinin, Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri, eləcə də rayonun təsərrüfat xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatını təmin edən rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etmişlər.
      Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov  rayonda mülki müdafiə işinin təşkili ilə bağlı görülmüş işlər barədə məlumat vermiş, mövcud problemlərin aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
      Daha sonra Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin və mühəndis mühafizəsinin vəziyyəti”, “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar etmiş və rayon ərazisində yerləşən mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və problemlərin həlli ilə bağlı məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
      Tədbirdə səslənən məruzə və çıxışlara münasibət bildirən FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov  mülki müdafiənin təşkili, xəbərdarlıq, fərdi və kollektiv mühafizə vasitələrinin əhalinin təhlükəsizlyinin mühafizəsindəki rolununun vacibliyini vurğulamış, bu sahədə mövcud olan problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu diqqətə çatdırmışdır.
      Tədbirin sonunda mülki müdafiənin təşkili ilə bağlı maarifləndirici video çarx nümayış olunmuşdur .

Keçidlər