Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində iməclik keçirilmişdir

03 aprel 2019 | 16:00

    Xəzər rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq rayon ərazisində iməciliklər və yaşıllaşdırma işləri görülür.
    Bu məqsədlə, Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər rayon Mənzil kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə Qala qəsəbəsində geniş şəkildə iməclik həyata keçirilmişdir.
    Belə ki, xüsusi texnikalar cəlb olunmaqla Qala qəsəbəsi ərazisində, xüsusilə Qala-Türkan avtomobil yolunun sağ və sol hissəsindəki ərazilərdən bərk məişət və müxtəlif növ tullantılar təmizlənərək ərazidən daşınılmışdır.
    Hal-hazırda qeyd olunan ərazidə təmizlik və abadlıq işləri davam etdirilir.

Keçidlər