Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilib

05 aprel 2019 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2019-ci il aprel ayının 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanılıb.
      Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilib.
      Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
      Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsinin rəisi Nasir Qurbanov, ziyalılar, Qarabağ müharibəsi iştirakçıları və valideynləriştirak ediblər.
    Tədbirdə çıxış edən Xəzər RİH Başçısının müavini Arif Balayev, Millət Vəkili Rauf Əliyev,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, SHXÇDX Xəzər rayon Şöbəsinin rəisi Nasir Qurbanov, Qarabağ  müharibəsi əlilləri  veteranları  və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev,  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Rasət Tağıyev və valdeyinlər çıxış edərək ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
      Daha sonra tədbir rayonun musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
      Tədbirin sonunda çağırışçı gənclər Azərbaycan Respublikasının bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola salınıblar.

Keçidlər