Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xəzər rayonda konsert proqramı və atəşfəşanlıq keçirilib

08 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb .
    Bu məqsədlə Respublikanın hər yerində olduğu kimi 07 aprel 2019-cu il tarixində əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonunun Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında konser proqraı keçirilib.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, Yap Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, rayonun fəal gəncləri və rayon sakinləri iştirak edib.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, Yap Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə xalqımızı təbrik edib, Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verdiyini bildiriblər.
    Həmçinin bildiriblər ki, Azərbaycan əhalisinin sayının sürətlə artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsində baş verib.
     Aparılan sosial - iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur . Azərbaycanda isə əhalinin sayı dinamik templə artır .
    Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir.
     Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
     Tədbirdə incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri şənliyi daha da rövnəqləndirib.
Tədbir konsert proqramı ilə davam edib.
     Tədbirin sonunda atəşfəşanlıq olub.

Keçidlər