Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir

01 may 2019 | 16:00

    Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi "Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir.
     Belə ki, elan olunmuş "Təmizlik ayı" çərçivəsində rayonun Mərdəkan qəsəbəsində 1941-1945-ci illərdə həlak olanların xatirəsinə salınmış parkda abadlıq-təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmış, mövcud seyrangah və skamiya oturacaqları təmir edilmiş, rənglənmiş, bardürlər yenilənmiş, yeni ağaclar və gül kolları əkilmişdir.
     Həmçinin, qəsəbənin 28 may küçəsində və Buzovna-Mərdəkan-Qala avtomobil yolunda, yol boyunca kol-koslar və alaq otları təmizlənmiş və suvarılmışdır. İşlər hələdə davam etdirilir. 
     Bundan əlavə, Mərdəkan qəsəbəsinin S.Yesenin küçəsində bəzi yerlərə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.

Keçidlər