Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonunun dəniz çimərliyi ərazisində təmizlik aksiyası keçirilib

02 may 2019 | 16:00

   1 may 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının Xəzər rayon Təşkilatı (YAP) və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyi ərazisində növbəti ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
     Aksiyada YAP Gənclər Birliyinin üzvləri, rayonun təbiətsevər gəncləri, ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və könüllü gənclər iştirak ediblər.
     Aksiya çərçivəsində çimərlik ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasını asanlaşdırmaq məqsədilə təmizlik işləri aparılan ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə tutulan konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
     Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

 

Keçidlər