Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbəsinin Sovxoz ərazisində yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirildi

01 iyun 2019 | 04:00

     31 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbəsinin Sovxoz ərazisində yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirildi.
     Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, Türkan qəsəbəsinin İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və sovxoz ərazisində yaşayan sakinlər iştirak etdilər.
     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüş iştirakçılarını salamlayaraq cənab Prezidentin tapşırığına əsasən mütəmadi olaraq əhalinin problemlərinin öyrənilməsi və həll istiqamətində yerlərdə səyyar görüşlərin keçirildiyini vurğuladı.
      RİH başçısı E.Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Türkan  qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verdi.
     Daha sonra RİH başçısı hal-hazırda Türkan qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə sakinlərə məlumat verib və onların digər problemlərini dinləyib.
          Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
     Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər