Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Bölgələrdən bölgələrə” devizi altında mədəniyyət festivalının Bakı mərhələsi keçirilib

18 iyun 2019 | 16:00

   18.06.2019-cu il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Bölgələrdən bölgələrə” devizi altında respublikanın rayonlarında keçirilmiş mədəniyyət festivalının növbəti Bakı mərhələsi keçirilib.
  Tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Xəzər RİH başçısı Elşən Salahov,  Mədəniyyət nazirinin müavinləri, Bakı Mədəniyyət İdarəsi, Lənkəran, Gəncə, Sumqayıt, Biləsuvar, Ağstafa, Xaçmaz, Masallı, Bərdə, Kürdəmir, İsmayıllı, Balakən, Şamxor,  Şamaxı, digər şəhərlərin RİH başçılarının müavinləri tədbirdə iştirak edib.
    Tədbir əl işlərindən ibarət sərgilərə baxmaqla başlanmışdır, rəsmi hissədə Mədəniyyət naziri çıxış edərək bölgələrdən gəlmiş bütün kollektivləri təbrik etmiş, RİH başçılarının müavinlərinə və kollektivləri rəhbərlərinə Fəxri Fərmanlar təqdim etmişdir.    
     Tədbirin sonunda bölgələrdən gəlmiş kollektivlər böyük konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər