Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 26 iyun “Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirildi

26 iyun 2019 | 16:00

26 iyun 2019-cu il tarixdə  Azərbaycan Respublikasının “ Silahlı Qüvvələr Günü” ilə əlaqədar Qala qəsəbəsində yerləşən N  saylı hərbi hissədə “Açıq qapı” günü keçirilmişdir. Bayram münasibətilə hərbi hissədə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert təşkil olunmuş, şəxsi heyətə bayram sovqatı hədiyyə edilmişdir.       
     Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimai təşkilatların sədrləri, müharibə veteranları və əlilləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri G.Qurbanov çıxış edərək hərbi hissənin şəxsi heyətini rayon rəhbərliyi adından bayram münasibətilə təbrik etmişdir.
    Daha sonra tədbir   R.Axundov adına Buzovna Mədəniyyət evinin musiqi kollektivinin iştirakı ilə bayram konserti  təşkil olunmuşdur . 

Keçidlər