Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun Şağan və Şüvəlan qəsəbələrində abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir

08 iyul 2019 | 16:00

      Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.
     "Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunun digər qəsəbələrində olduğu kimi  Şüvəlan  və Şağan qəsəbələrində də abadlıq-quruculuq və təmizlik işləri həyata keçirilmişdir.
     Belə ki, rayonun Şağan qəsəbəsində yerləşən sakinlərin rahat gediş gəlişini təmin etmək məqsədilə M.Məmmədbəyli küçəsinə  uzunluğu 800, eni 5 m olan yeni asfalt örtüyü salınmış ətraf ərazidə  abadlıq işləri görülmüşdür. 
    Bundan əlavə, rayonun Şüvəlan qəsəbəsinin Şimal Dres yaşayış massivində yerləşən Lev Starçuk küçəsinə  sakinlərin rahat hərəkət etmələri üçün uzunluğu 385, eni 1 m olan  piyada səkisi salınmış üzərinə  tamet daşı vurulmuşdur.

Şüvəlan qəsəbəsi 

Keçidlər