Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirildi

28 avqust 2019 | 16:00

28 avqust 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun növbəti səyyar qəbul-görüşü rayonun Şüvəlan qəsəbə sakinləri ilə keçirildi.
    Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının  müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Görüşdə Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və Sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Şüvəlan qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən danışıb və onların digər problemlərini dinləyib.
    Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
     Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

 

Keçidlər