Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2019-2020-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

05 sentyabr 2019 | 16:00

 5 sentyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2019-2020-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

   Müşavirənin keçirilməsində əsasə məqsəd - Xəzər rayonunda 2019-2020-ci illər üzrə payız-qış mövsümünə hazırlıq vəziyyəti barədə danışıqların aparılması, mövcud vəziyyətin dəyərləndirilməsi və bu sahədə təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi barədə rayon ictimaiyyətinin məlumatlandırılması olmuşdur.
     Müşavirədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC-nin sədri Abid Əliyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, BŞİH Ticarət və Xidmət Departamentinin sədri İntiqam Məmmədov, BŞİH Yaşıllaşdırlma Təsərrüfatı Birliyinin sədri Elşən Məmmədzadə, Xəzər RİH Başçısının müavinləri, Xəzər RİH Aparatının şöbə müdirləri, rayonun idarə və təşkilatları, sənaye müəssisələrinin rəhbərləri, təhsil və səhiyyə işçiləri, İƏD üzrə nümayəndəliklər, bələdiyyələr, rayon sahibkarları iştirak ediblər.
    Müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov çıxış edərək payız-qış mövsümünə hazırlıqla bağlı   Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Mənzil kommunal təsərrüfatı birliklərində tələb olunan materiallar və ləvazimatların toplandığını, maşın və mexanizmlərin təmir olunaraq saz vəziyyətə gətirildiyini, qarlı hava şəraitində rayon ərazisində olan yolların, riskli maili yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslərin təyin edildiyini, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələrinin müəyyənləşdirildiyini və bu payız-qış mövsümündə rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daimi elektrik, qaz, istilik və su ilə təmin olunması və yaranacaq hər hansı bir problemlərin qısa vaxt ərzində aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.
      Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev və “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC-nin sədri Abit Əliyev mövzu ilə bağlı geniş çıxış ediblər.
     Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov aidiyyəti təşkilatlara 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tapşırıqlarını verib və bir daha nəzərə çatdırıb ki, hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir.

 

Keçidlər