Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Şüvəlan qəsəbəsində abadlıq-quruculuq işləri uğurla həyata keçirilir

06 sentyabr 2019 | 16:00

     Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır.
  Xəzər rayonunda da sakinlərimizin istək və arzularına uyğun olaraqtəmizlik və abadlıq işlərinin görülməsi, yaşıllıqların salınması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
    Belə ki, rayonun Şüvəlan qəsəbənin Almaz İldırım küçəsində abadlıq-quruculuq işləri görülmüşdür. Görülən işlər çərçivəsində sözügedən ərazidə küçə boyu divarların fasadları, ərazidən keçən 900 metrə yaxın qaz xətləri, qapı və darvazalar rənglənmiş, piyadaların rahat hərəkət etmələri üçün yeni səkilər salınmışdır. Yolun kənarlarına yeni bardürlar düzülmüş, 400,0 m2 əraziyə asfalt salınmış, yeni ağac və gül kolları əkilmişdir.
     Bundan əlavə 33 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılaraq, ərazinin gecə işıqlandırılması təmin olunmuşdur.

Keçidlər