Şriftin ölçüsü :

Saytın rəngi :

“15 sentyabr-Bilik günü” Xəzər rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram ruhiyyəsi ilə qeyd olunmuşdur

16 sentyabr 2019 | 16:00

    16 sentyabr 2019-cu il tarixində Xəzər rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilmişdir.
    “Bilik günü” münasibətilə Mərdəkan qəsəbəsində ki, 183 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  Millət Vəkili Rauf Əliyev, məktəbin müəllim və şagird heyəti iştirak etmişdirlər.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. E.Salahov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı,      Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.
    Sonra Millət Vəkili Rauf Əliyev çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayaraq, ötən tədris ilinin də Xəzər rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.
     Tədbirin sonunda məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
     Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçirilmiş, bu tədbirlərdə RİH başçısının müavinləri və  məsul nümayəndələri iştirak etmişlər.

 

Keçidlər