Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı rayonun bir sıra ərazilərində gedən abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanıb

17 sentyabr 2019 | 08:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hazırda Xəzər rayonun təmirə ehtiyacı olan binalarında dam örtüklərinin təmirinə başlanılıb. İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır və giriş qapıları təmir olunur.

    14 sentyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov dam örtükləri təmir olunan rayonun Mərdəkan qəsəbəsinin Saəddin Dadaşov və Qrban İsmayılov,  Binə qəsəbəsinin Əli İsazadə və İlqar Əhmədov küçələrində olub, görülən işlərin gedişi ilə maraqlanıb. Həmçinin, Binə qəsəbəsinin İlqar Əhmədov küçəsində yeni salınan istirahət parkında gedən işlərin vəziyyəti ilə tanış olub.

      İcra başçısı işlərlə tanışlıqdan sonra orada yaşayan sakinlərlə görüşərək onların digər problemlərini dinləyib. E.Salahov görülən bütün işlərlə yanaşı sakinlər tərəfindən qaldırılıan digər problemlərində mərhələli şəkildə həll olunacağını bildirib.

      Sakinlər rayonda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər