Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yeni yaşıllıqların salınmasına başlanılıb

20 sentyabr 2019 | 09:00

  Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yeni yaşıl guşələrin yaradılması ilə bağlı sərəncamına əsasən Xəzər rayonunda fəaliyyət göstərən sahibkarlar, müəssisə və təşkilat rəhbərləri tərəfindən istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıqlarıın günün tələbləri səviyyəsinə çatdırılması istiqamətində işlərə başlanılıb.

  Rayonun bütün qəsəbələrində olmaqla Mərdəkan qəsəbəsind də bu sahədə işlər sürətlə getməkdədir. Belə ki, qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsində fəaliyyət göstərən ticarət və qeyri ticarət obyektlərinin qarşısında və yol kənarlarında yeni yaşıllıqlar salınır.

   Rayon ərazisində fəaliuyyəti göstərən sahibkarlar aksiyada fəal iştirak edərək özlərinə məxsus obyektlərin qarşısında yeni yaşıllıqlar salaraq, onların saxlanıılmasında fəal iştirak edirlər.

  Yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər rayonun estetik görünüşünün yaxşılaşdırılmasına  səbəb olacaq.

 

 

Keçidlər