Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Buzovna qəsəbəsində qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib

24 oktyabr 2019 | 16:00

       24 oktyabr 2019-cu il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Xəzər Rayon İcra Nakimiyyətinin başçısı Elşən Salahov Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən "Azəriqaz" QSC "Bakqazmaş" Zavoduna məxsus qəzalı binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
       Dövlət Komitəsinin sədri və icra başçısı müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyiblər.
Məcburi köçkünlərin qəzalı vəziyyətə düşmüş binada uzun illərdir qarşılaşdıqları çətinlikləri və problemləri müzakirə edilib. Komitə sədri Rövşən Rzayev onları diqqətlə dinləyib,suallarını cavablandırıb, müraciətlərinə tezliklə baxılacağını və mövcud qanunvericiliyi uyğun tədbirlər görüləcəyini vurğulayıb.
      Xəzər RİH başçısı Elşən Salahov binada yaranmış qəzalı vəziyyətlə bağlı aidiyyəti qurumların məlumatlandırıldığını bildirib və mövcud vəziyyət aradan qaldırılanadək  baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının öncədən alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Keçidlər