Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Zəng” tamaşası nümayiş olunmuşdur

29 oktyabr 2019 | 16:00

    29 oktyabr 2019-cu il tarixdə, gənclərə milli-mənəvi dəyərlərimizin və teatr mədəniyyətinin aşılanması, asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli təşkili, teatrlarımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması və inkişaf etdirilməsinə dəstək məqsədi ilə Xəzər RİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında ssenari müəllifi və quruluşçu rejissor Qurban Məsimovun “Zəng” tamaşası nümayiş olunmuşdur. Uşaqlar və böyüklər üçün nəzərdə tutulan və istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş olunan mono-tamaşada valideynlərə olan münasibətdən, onlara hörmət və mərhəmətdən bəhs edilir. Teatr tamaşasını 400-ə yaxın gənc izləmişdir.

Keçidlər