Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələrin və rus icmasının nümayəndələrinin uşaqları üçün bayram şənliyi təşkil olunmuşdur

04 yanvar 2020 | 16:00

     4 yanvar 2020-ci ildə tarixdə Buzovna qəsəbəsi, “Zaqulba Palace” da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələrin və rus icmasının nümayəndələrinin uşaqları üçün bayram şənliyi təşkil olunmuşdur.
     Tədbirdə Xəzər rayonunun bütün qəsəbələrindən 220 nəfər uşaq bayram tədbirində iştirak etmişdir. Şənlikdə Şaxta  baba və qar qızın, müxtəlif cizgi film personajlarının iştirakı uşaqlarda şən əhval – ruhiyyə yaratmışdır. Şənlik rəngarəng rəqs nümunələri, uşaqların iştirakı ilə maraqlı oyunlarla davam etmişdir.
     Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanılmışdır.

 

 

Keçidlər