Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

15 yanvar 2020 | 16:00

    15 yanvar 2020 il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.                                                                                                   Səyyar görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüşü açıq elan edərək Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində, xüsusilə Xəzər rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açıb.
    E.Salahov həmçinin, Türkan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə də qəsəbə sakinlərinə məlumat verib.
   Qəsəbə sakinləri, çıxış edərək içməli su  xətlərinin çəkilməsi, marşrut avtobuslarının yararsız vəziyyətdə olduğundan və digər sosial problemlərlə bağlı müraciətlər ediblər.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
   Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər