Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qala qəsəbəsində ümumi üzunluğu 9117 metr olan küçə və yollar asfaltlanıb

19 mart 2020 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Xəzər rayonunda da sakinlər üçün rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Qala qəsəbəsinin “Üzümçülük” sovxozu ərazisində və yeni yaşayış sahəsində ümumi uzunluğu 9117 metr olan küçələrə asfalt örtüyü salınmışdır.
Yerli sakinlər qısa müddət ərzində qəsəbədə gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər. 

Keçidlər