Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbəsində dezinfeksiya işləri davam etdirilir

25 mart 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün qəsəbələri əhatə olunmaqla dezinfeksiya tədbirləri həyata keçirilir.
     Görülən tədbirlər çərçivəsində rayonun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də təxirəsalınmaz tədbirlər görülür.
Belə ki, gündəlik olaraq qəsəbə ərazisində olan istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, avtobus dayanacaqlarında, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə, həmçinin, qəsəbə ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yerlərdə dezinfeksiya işləri aparılır.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri də mütəmadi olaraq aparılır.

 

 

 

 

Keçidlər