Şriftin ölçüsü :

Saytın rəngi :

Binə qəsəbəsində dezinfeksiya işləri davam etdirilir

26 mart 2020 | 16:00

     Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun bütün qəsəbələri ilə yanaşı Binə qəsəbəsində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.    
    Qəsəbənin mərkəzi küçə və prospektləri, qəsəbə ərazisində olan istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, qəsəbə ərazisində olan məscid və ziyarətgahların həyətlərində, avtobus dayanacaqlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, qəsəbənin küçə və prospektlərində, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır.
    Belə ki, qəsəbənin Ə.İsazadə, R.Məmmədhüseynov, D.Bünyadzadə, C.Cabbarlı, H.Hasilov, Xətai  küçələrində, eləcə də İ.Əhmədov küçəsində yerləşən “Abad məhəllə”də dezinfeksiya işləri aparılmışdır.
   Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xüsusi kommunal texnikalar vasitəsi ilə qəsəbənin mərkəzi küçə və prospektlərdində xüsusi məhlullar vastəsilə dezinfeksiya işləri görülmüşdür.
     Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

 

 

Keçidlər