Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Z. Tağıyevin ev muzeyi təmir olunub

22 iyun 2020 | 16:00

   Sərvətini Azərbaycan xalqı üçün xərcləməkdən çəkinməyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsi əbədiləşdirilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ev muzeyi əsaslı şəkildə təmir olunub.
   2019-cu ildən başlanan təmir-bərpa işləri ilə bina heç bir dəyişiklik aparılmadan əvvəlki görünüşünə qaytarılıb.
Qeyd edək ki, 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub.
   Belə ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb və ona yaşamaq üçün yalnız bir mülk seçmək imkanı verilib. O isə məhz Mərdəkandakı bağ evini seçib. Uzun illər burada yaşayan milyonçu 1924-cü il sentyabrın 1-də elə bu evdə də vəfat edib.   
   Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra həmin ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.

Keçidlər