Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlərdə bir daha sübut edi ki, xalq hakimiyyət birliyi çox uğurlu formada inkişaf və davam etdirilir

16 iyul 2020 | 16:00
Ayın 12-də işğalçı Ermənistan tərəfinin terrora əl ataraq Azərbaycan Respublikasının beynəlxalq normalarla qorunan, dövlət sərhəddini pozmaq cəhdləri ordumuzun uğurlu əməliyyatları ilə qarşılanmışdır. Sevindirici haldır ki, Azərbaycan xalqı belə ümumilli birlik tələb edən məsələlərdə tamlıqla birləşməyi bacarır. Biz bunu minnərlə Azərbaycan gəncinin öz dövlətinə, ordusuna dəstək üçün bir yerə toplanmasında əyanı gördük. Ölkəmizin hərbi uğurları imkan verir ki, heç bir səfərbərlik olmadan ordumuz bütün işğal altında olan Azərbaycan torpaqlarından terrorçu hakimiyyət qüvvələrini kənarlaşdırsın.     Cənab İlham Əliyevin qətiyyəti və ictimai-siyasi nüfuzu imkan verir ki, vahid lider olaraq ölkəmizi bütün çətin vəziyyətlərdən uğurla çıxara bilsin. Qeyd etmək yerinə düşər ki, uzunmüddətli və düşünülmüş siyasi manevrlər hesabına Azərbaycan dünyanın ən inkişaf etmış ölkələri ilə birgə ümumdünya siyasətinə təsir etmək imkanlarına malikdir. Nazirlər Kabinetinin iclasında ölkə başçısının fikirləri bir daha sübut etdi ki, istər iqridar istər müxalifətdən olsun ölkə qanunlarının əlehinə çıxanlar, dövlət idarəçilik sisteminə naşı yanaşanlar, dövlət maraqlarını öz şəxsi mənafelərinə qurban verənlər qanunların aliliyi çərçivəsində ciddi şəkildə cəzalanacaqlar.     Düşmən tərəfinin təxribatları ilə mübarizə zamanı daxildə çaxnaşma salmaq istəyənlər, düşmən tərəfinə qapı olanlar heç bir vaxt bağışlanmayacaqlar. 5-ci kalon üzvlərinin həmişəki kimi, fürsətçilik prinsiplərinə uyğun davranmaları bir daha onların xalqa, dövlətə qarşı xəyanətlərini üzə çıxardı. İnsanların kütləvi şəkildə şəhər küçələrinə axışaraq dövlətə, Ali Baş Kamandana dəstək şüarları ilə müraciətləri onların xoşməramlı niyyətlərindən və vətənə, torpağa olan təmənnasız sevgilərindən irəli gəlirdi. Xüsusən polisin xalqla birlikdə olması real mənzərəni daha qürurverici bir hala gətirmişdir. Ancaq təssüflər olsun ki, yenədə bir qrup şəxs tərəfindən təxribat xarakterlı hərəkətlər oldu.     Əlbəttə bütün bunlar ölkəmizin daxilində Azərbaycan dövlətinin maraqlarına əks gedən bir qrup ermənipərəst qüvvələrin təsiri ilə baş verdi. Ancaq bunu hər kəs bilməlidir ki, Azərbaycan dövləti bütün hallarda düşmənlərinə qarşı mübarizədə öz qətiyyətli hqlı mövqeyindən çəkinməyəcəkdir.Ermənistan tərəfi yaxşı bilməlidir ki, bu cür alçaq hərəkətlərlə, terror aktları, işğalçılıq meyilləri, beynəlxalq hüquq və normaların kobudcasına hərəkətləri ilə heç bir uğur qazanmaq olmaz. Azərbaycan ordusu heç bir çətinlik çəkmədən qısa vaxt ərzində qədim Azərbaycan şəhəri olan İrəvanda olacaq.    Ölkəmizin xarici siyasi uğurlarıda artıq imkan verir ki, beynəlxalq səviyyədə öz haqlarımızı layiqinccə müdafiə edək və Azərbaycan tərəfinin mövqeyini qəbul etdirək. Siyasi partiya rəhbərlərinin belə bir anda Ali Baş Komandana onunla birlikdə və əmrinə hazır olduqlarını ifadə etmələri bir daha göstərdiki, Cənab İlham Əliyev ölkəmizin vahid və şəriksiz lideridir.  

Natiq Süleymanzadə

Xəzər rayon Gənclər və İdman idarəsi, aparıcı məsləhətçisi
Keçidlər