Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlı-quruculuq işləri davam etdirilir

18 iyul 2020 | 02:30

   Korovavirus (COVİD 19) pandemiya ilə əlaqədar ölkəmizdə mövcud çətinliklərə baxmayaraq, cənab Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır.
    Ölkə başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.

      Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.
 Belə ki,  Xəzər rayonunun Binə və Qala qəsəbələrinin sərhədində yerləşən, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan “Bakavtomat yolu” adlanan yaşayış massivinin ərazisində Xəzər RİH-nin təşəbbüsü və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 1150, eni 6 metr olan küçədə asfalt çəkilişlərinə başlanılıbdır. 


      Bundan əlavə, davamlı olaraq, rayon ərazisində ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayonun prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir.


        Rayonun bütün qəsəbələrində yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması və onlara qulluq edilməsi təmin edilir.
   Xəzər rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir.

 

Keçidlər