Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında
etik davranış məsələləri  ilə bağlı 2021-ci il ərzində görülən işlər haqqında

M Ə L U M A T


   “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 8.10.1-ci yarımbəndinin icrası ilə bağlı 2021-ci il ərzində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında çalışan əməkdaşlar üçün 09.02.2021-ci il, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan və inzibati vəzifə tutan əməkdaşlar üçün isə 25.11.2021-ci il tarixlərində (onlayn qaydada) maarifləndirmə məqsədilə təlimlər keçirilmişdir.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında çalışan əməkdaşlar üçün 09.02.2021-ci il tarixində keçirilən təlimdə 29 nəfərin, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan və inzibati vəzifə tutan əməkdaşlar üçün 25.11.2021-ci il tarixində keçirilən onlayın iclasda isə 14 nəfər əməkdaşın iştirakı təmin olunmuşdur.
   Təlimlərdə iştirakçılara “Dövlət qulluqçularının etik davranış qaydaları - peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimad, mədəni davranış”, “əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi”, “insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, işgüzar nüfuza hörmət” mövzularında bilgilər verilmişdir. Hesabat ilində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları arasında etik davranış qaydalarına uyğun olmayan və etik davranış qaydalarını pozan dövlət qulluqçusu olmamışdır.
   Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.  2021-ci ildə RİH başçısı Aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində müvafiq vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilmişdir.
   Rayon İcra Hakimiyyətinin başçısı Aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən məsul şəxs-etik müvəkkilin 2021-ci il üçün İş Planı təsdiq edilmişdir.
  Dövlət qulluqçularının Peşə bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Elşad oğlu Qurbanov Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.

Keçidlər